11-ci turun ən yaxşı futbolçusu açıqlandı

“InStat Sport”un təhlilinə əsasən, TPL-də 11-ci turun ən yaxşı futbolçusu məlum olub.

Sportline.az PFL-in saytına istinadən xəbər verir ki, bu, “Qarabağ”ın yarımmüdafiəçisi Filip Ozobiçdir. Xorvatiyalı futbolçu keçmiş komandası “Qəbələ"yə qarşı keçirilən oyunda son qolun müəllifi olub. Araşdırmalara əsasən, Ozobiç turun ən yüksək indeksə malik olan oyunçusudur.

Qeyd edək ki, “Qəbələ” – “Qarabağ” oyunu qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.