11 ölkənin güləşçiləri Bakıda

Aprelin 13-də Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir start götürəcək. Sportline.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, dörd gün davam edəcək yarışda Azərbaycanla yanaşı, Tacikistan, Ukrayna, Özbəkistan, Latviya, Rusiya, Türkiyə, İran, Gürcüstan, Qazaxstan və Belarus pəhləvanları qüvvəsini sınayacaq. Proqrama əsasən, ilk yarış günündə yunan-Roma güləşi üzrə yeniyetmələr, aprelin 14-də yunan-Roma güləşi üzrə gənclər, aprelin 15-də sərbəst güləş üzrə yeniyetmələr, aprelin 16-da isə sərbəst güləş üzrə gənclər mübarizə aparacaq.