1/4 final oyunlarının vaxtı açıqlandı

Futzal üzrə Azərbaycan Kubokunun ¼ final mərhələsinin qalan üç oyununun keçirilmə vaxtı müəyyənləşib. 

Federasiyanın mətbuat xidmətindən Sportline.az-a verilən məlumata görə, oyunlardan ikisi mayın 4-də Olimpik Starda, bir qarşılaşma isə 3 gün sonra Bakı İdman Sarayında baş tutacaq. 

Bu mərhələnin ilk oyunu aprelin 30-da keçirilib və "Hell Energy” penaltilər seriyasında qalib gələrək yarımfinala yüksəlib. Yarımfinalda rəqib "Marafon Futsal” - "FK. İtaldizain Futsal” cütünün qalibi olacaq.

 

VİP FK – EKOL 

4 may. Olimpik Star. Saat 14:00

"Marafon Futsal” - "FK. İtaldizain Futsal” 

4 may. Olimpik Star. Saat 16:00 

"Araz” - "Yasamal-2” 

7 may. Bakı İdman Sarayı. Saat 19:00