1400-cü qol

Futzal üzrə Azərbaycan Yüksək Liqasının IV turu EKOL klubu üçün əlamətdar olub.

SportLine.az Azərbaycan Futzal Federasiyasının "Facebook" səhifəsinə istinadən xəbər verir ki, bu matça qədər Yüksək Liqada aktivində 1396 qol olan komanda 1400-cü qolunu vurub. 

Tarixi qolun müəllifi Samir Həmzəyev olub. Onun oyunun 8-ci dəqiqəsində vurduğu qol yubileyin qeyd edilməsinə imkan verib.