18 yaşlı futbolçu üçün 80 milyon avro

"Monako"nun gənc ulduzu Kaylian Mbappe Madrid "Real"ının hədəfindədir. SportLine.az AS nəşrinə istinadən xəbər verir ki, "kral klubu" bu yay futbolçunu transfer etmək istəyir. İspaniya təmsilçisi transferin reallaşması üçün 80 milyon avrosundan keçməyə hazırdır.

Qeyd edək ki, gənc oyunçu cari mövsümdə Liqa 1-də 10 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb. Çempionlar Liqasında isə iki dəfə rəqib qapıçıları məyus edib.