2-ci turun bütün görüşləri canlı yayımlanacaq

Topaz Premyer Liqanın 2-ci turunda keçiriləcək bütün oyunlar canlı yayımlanacaq.

SportLine.az xəbər verir ki, turun 4 qarşılaşması da "CBC Sport"un canlı efirində olacaq.

Qeyd edək ki, 2-ci turda şənbə günü "Qarabağ" - "Səbail" (18:30), "Zirə" - "Keşlə" (20:30), bazar günü isə "Neftçi" - "Qəbələ" (18:30) və "Sabah" - "Sumqayıt" (20:30) oyunları kçiriləcək.