2024-cü il Olimpiadasının ev sahibi müəyyənləşdi

2024-cü il Olimpiadası Parisdə keçiriləcək. SportLine.az xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax məlumat verib.

Onun sözlərinə görə, namizəd şəhərlərdən digəri - Los-Anceles 2024-cü il Olimpiadasına ev sahibliyi etmək niyyətindən daşınıb. Bununla da, yeganə namizəd - Paris ev sahibi elan olunub.

Qeyd edək ki, Olimpiada-2024-ün ev sahibi bu il sentyabrın 13-də BOK-un Limadakı sessiyasında rəsmən elan ediləcək.