2024-cü il Olimpidasına yeni idman növü daxil edilə bilər

İdmansevərlər 2024-cü ildə keçiriləcək Yay Olimpiya Oyunlarında yeni idman növünə tamaşa edə bilərlər. SportLine.az xəbər verir ki, bu barədə Parisdə keçiriləcək Oyunların Təşkilat Komitəsinin rəhbəri Toni Estanquet “Associated Press”ə açıqlamasında deyib.

Onun sözlərinə görə, 2024-cü il Olimpiadasında azarkeşlər kiberidman növündə mübarizəyə şahid ola bilərlər. Kiberidman nümayəndələri və Beynəlxalq Olimpiya Komitəsi arasında müzakirələrdən sonra bununla bağlı yekun qərar qəbul olunacaq. 

Qeyd edək ki, kiberidman (digər adı e-Sport) kompüter oyunu yarışmalarına verilən addır. Əsasən peşəkar oyunçular arasında təşkil edilir. Kiberidmanlarda ən çox rastlanılan oyun növləri real zamanda strategiya oyunları, döyüş oyunları, birinci şəxs atıcı oyunları və idman oyunlarıdır.