2024 və 2028-ci il Olimpiadasının təşkilatçı ölkələri dəqiqləşdi

2024 və 2028-ci il Olimpiadalarının ev sahibləri rəsmiləşib. SportLine.az xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsi bu barədə rəsmi qərarı Perunun paytaxtı Limada keçirilən 131-ci sessiyasında verib.

2024-cü ildə Fransanın paytaxtı Paris Olimpiadanı qəbul edəcək. Növbəti yarış isə 2028-ci ildə Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində olacaq.

Qeyd edək ki, 2020-ci ildə Yay Olimpiya Oyunları Yaponiyanın paytaxtı Tokioda olacaq.