"Böyük dəbilqə": İlk gündə 3 medal

Bu gün Parisdə "Böyük Dəbilqə" turniri start götürüb. SportLine.az xəbər verir ki, ilk gündə dörd cüdoçumuz tatamiyə çıxıb. 

Onlardan üçü - Orxan Səfərov, Nicat Şıxəlizadə və Rüstəm Orucov fəxri kürsünün üçüncü pilləsinə qalxıblar. Hidayət Heydəroc isə "bürünc" uğrunda görüşdə Rüstəm Orucova uduzmaqla yarışı medalsız başa vurub.

Qeyd edək ki, Azərbaycan seçməsi yarışa 7 idmançı ilə yollanıb. Daha 3 cüdoçumuz sabah tatamiyə çıxacaq.