5-ci günü bir medalla tamamladıq

Almaniyanın Dortmund şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı davam edir.

SportLine.az Azərbaycan Güləş Federasiyasının saytına istinadən xəbər verir ki, çempionatın beşinci günündə 50, 60, 74 və 96 kq çəkidə yunan-Roma güləşçiləri mübarizəyə qoşulub. Güləşçilərimiz günü 1 gümüş medalla tamamlayıb. 

50 kq çəkidə mübarizə aparan Zülfüqar Əliyev bütün rəqiblərini məğlub edərək finala yüksəlib. Güləşçimiz ardıcıl olaraq Almaniya, Rusiya və Danimarka təmsilçilərini mübarizədən kənarlaşdırıb. Həlledici görüşdə Zülfüqar Əliyev Gürcüstan idmançısına uduzaraq çempionatı gümüş medalla başa vurub.  

50 kq 
1/8 final - Steven Ecker (GER) - Zülfüqar Əliyev 0:8
1/4 final - Atmir Kotcev (RUS) - Zülfüqar Əliyev 1:4
1/2 final - Zülfüqar Əliyev - Nikolay Mohammadi (DEN) 10:6
FİNAL - Zülfüqar Əliyev - Ramaz Silagava (GEO) 1:5

60 kq 
1/8 final - George Avram (MDA) - Kamran Mirzəliyev 0:8
1/4 final - Kamran Mirzəliyev - Hraçya Pogosyan (ARM) 1:1* 

74 kq 
1/8 final - Narek Oganian (RUS) - Ülvi Qənizadə 3:2
Təsəlliverici görüş - Ülvi Qənizadə - Beka Mamukaşvili (GEO) 1:3

96 kq 
1/16 final - Jan Zirn (GER) - Seyidməhəmməd Ömərov 5:0