"9 aylıq əziyyətimiz hədər oldu" - Yupp Haynkes

"Real"a qarşı keçirdiyimiz hər iki görüşə baxsanız, bizim daha yaxşı oynadığımızı görərsiniz". SportLine.az UEFA-nın saytına istinadən xəbər verir ki, bu sözləri "Bavariya" klunun baş məşqçisi Yupp Haynkes Çempionlar Liqasının yarımfinal mərhələsində "Real"a qarşı keçirdikləri görüşdən sonra deyib.

Komandasından razı qaldığını bildirən mütəxəssis, "Azarkeşlərin hər iki görüşdən zövq aldığına əminəm. Oyunlar çox maraqlı və həyəcanlı keçdi. Ancaq finala yüksələ bilmədiyimiz üçün təəssüflənirəm. Hər iki oyuna biz diktə etdik. Qələbə üçün rəqib Navasın uğurlu oyununa minnətdar olmalıdır. 9 aydır komandanı yüksək pillələrə gətirmək üçün çalışır. Həm fiziki, həm də psixoloji cəhətdən komandanı Çempionlar Liqasında qalib olmağa hazırlamışdıq. 9 aylıq əziyyətimiz hədər oldu. Bu yarışda belə sonluq istəməzdim...", - deyə bildirib.