ACF-nin sabiq baş katibi Zayzenbaheri dəstəklədi

Azərbaycan Cüdo Federasiyasının sabiq baş katibi Elnur Camalxanov seçmə komandanın keçmiş baş məşqçisi Piter Zayzenbaherlə bağlı qalmaqala münasibət bildirib. Sportline.az onun sosial şəbəkədə paylaşdığı fikirləri olduğu kimi təqdim edir: "Bir məsələyə toxunmaq istəyirəm. Ən azından fikir bildirmək haqqım var. Avstriya məhkəməsi ikiqat Olimpiya çempionu, elə özlərinin də fəxri sayılan təcrübəli məşqçi Piter Seyzenbaher haqqında həbs qətiimkan tədbiri seçib. Səbəb isə müvafiq olaraq 17-27 il bundan əvvəl azyaşlılara qarşı təcavüz göstərilib. Hərçənd Avstriya məhkəməsi üçün mənim fikirlərim önəmli olmasa da bu şəxslə 3 il çalışmış biri kimi bu ittihamla razılaşmağım gəlmir. Çox qısaca səbəbin izah edim. Əvvəla o şəxs uzun müddət dövlət məmuru olub. Avstriya İdman nazirliyində çox illər rəhbər vəzifə tutub. Və əsas fiqurlardan biri olub. Ozünün dediyi kimi onun komandası postlarından getdikdən sonra (orda da komanda oyunu var imiş. gəldi komanda getdi komanda prinsipi) Seysenbaher də öz vəzifəsiylə vidalaşmalı olub. Bildiyim qədər son illər Avstriyada köhnə komandanın yenidən gündəmə gəlmə ehtimalı formalaşıb. Və bu ittihamı da mən əsas fiquru (Seysenbaher) sıradan çıxarmağa atılan cəhd kimi qiymətləndirirəm. Sual olunur, niyə bu 27 il ərzində cinayət bilinmədi, yalnız son 3 ildə gündəmə gətirildi? Əgər cinayət əməli olubsa demək ki, hüquq mühafizə orqanları bu müddət ərzində cinayəti gizlətməklə məşqul olublar. Yox, əgər olmayıbsa demək siyası oyun gedir. Mən daha çox ikinci varianta üstünlük verirəm. Çünki son dövrlər onun həm ticarətdə həm də məşqçi karyerasında qazandığı uğurlar çoxlarının boğazından keçmir. O üzdən Avstriya məhkəməsinin çıxardığı qərarı qeyri-səmimi qəbul edirəm. Özlərinin öz qəhrəmanlarını, fəxrlərini qəbul etdikləri kimi...."