AFFA-dan "Qarabağ"a 1600 manatlıq cərimə

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

SportLine.az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, iclasda aşağıdakı qərar qəbul edilib:

Topaz Premyer Liqasının 15-ci turunun  “Qarabağ” – “Qəbələ” matçının 72-ci dəqiqəsində Ağdam klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub.