AFFA "Kəpəz" klubunu cərimələdi

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub. 

Topaz Premyer Liqasının XIX turunun  "Kəpəz” – "Qəbələ” matçı başa çatdıqdan sonra "Qəbələ” futbol klubu  stadion ərazisini tərk edərkən yerli azarkeşlər tərəfindən klubun avtobusunun  şüşəsi sındırılmışdır. "Kəpəz”  klubu qonaq komandanın təhlükəsizliyini tam təmin etmədiyinə görə klub 4000 manat cərimə olunur (maddə 50).

"Qəbələ” klubunun dəymiş ziyana uyğun olaraq təqdim edəcəyi hesab "Kəpəz” klubu tərəfindən ödənilsin.

Əvəzedici heyətlərin XIX turunun "Qarabağ” – "Zirə” matçında "Zirə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 400 manat cərimə olunur  (maddə 40).

I Divizionun XVII turunun "Zaqatala” – "Xəzər” matçında "Xəzər” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur  (maddə 40).

Oyunun 90+2-ci dəqiqəsində "Zaqatala” klubunun 5 №-li futbolçusu Sahil Zeynalov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 240 manat cərimə olunur  (maddə 38.2).

I Divizionun XVII turunun "Şüvəlan” – "Mil-Muğan” matçında "Şüvəlan” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur  (maddə 40).

Oyunun 35-ci dəqiqəsində "Mil-Muğan” klubunun 10 №-li futbolçusu Samir Babayev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 240 manat cərimə olunur  (maddə 38.2).

AFFA "Kəpəz"i cərimələdi