AFFA Milli Mətbuat Gününü qeyd etdi

AFFA-nın təşkilatçılığı ilə "Dalğa Arena"da idman mediasının nümayəndələri üçün Milli Mətbuat Gününə həsr olunmuş "Media Futbol Festivalı" adlı tədbir keçirilib.

SportLine.az xəbər verir ki, KİV təmsilçiləri və AFFA əməkdaşlarının iştirakı ilə 4 oyundan ibarət mini-turnir təşkil olunub. Oyunlar başa çatdıqdan sonra tədbir iştirakçıları üçün ziyafət verilib. AFFA-nın baş katibi Elxan Məmmədov çıxış edərək mətbuat nümayəndələrini peşə bayramı münasibətilə təbrik edib.

Sonra Media Komitəsinin elan etdiyi nominasiyalar üzrə qaliblər elan olunub.

İlin fotoqrafı - Hicran Babayev
İlin idman yazarı - Elşən Məmmədov (sportnet.az)
İlin mətbuat katibi - Səbuhi Məmmədov ("İnter" PİK)
İlin teleşərhçisi - Ramiz Mirzəzadə (“İdman Azərbaycan” telekanalı)
İlin reportyoru - Elnur Həmidov (komanda.az)
İlin ən fəal layihə icraçısı - sportline.az (Tural Xudiyev)
Ənənələrə hörmət mükafatı - Məzahir Süleymanzadə