AFFA rəsmisi Avroliqa matçında

AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin əməkdaşı Könül Mehtiyeva Avropa Liqasının oyununa təyinat alıb. 

SportLine.az xəbər verir ki, milli assosiasiya rəsmisi Moldovada "Şerif" və İslandiyanın "Valür" klubları arasında keçiriləcək Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda iş başında olacaq. O, avqustun 9-da Tiraspol şəhərindəki "Şerif" stadionunda təşkil olunacaq qarşılaşmada UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək. Görüşü Arnold Hanterin rəhbərliyi altında şimali irlandiyalı hakimlər briqadası idarə edəcək.  

Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.