AFFA rəsmisi Avroliqa matçında

AFFA-nın Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri Frits Ştuxlik beynəlxalq oyuna təyinat alıb.

SportLine.az AFFA-nın saytına istinadən xəbər verir ki, avstriyalı mütəxəssis Avropa Liqasının qrup mərhələsi çərçivəsində Rusiyanın Sankt-Peterburq şəhərindəki eyniadlı stadionda "Zenit” və Danimarkanın "Kopenhagen” komandaları arasında matçın hakim-inspektoru olacaq.

Qeyd edək ki, matç noyabrın 29-da keçiriləcək.