Almaniya məğlubiyyətdən qaçdı, Kamerun qələbəni əldən verdi

FİFA Konfederasiyalar Kubokunda mübarizə davam edir. SportLine.az xəbər verir ki, bu gün yarışda 2-ci tur yekunlaşacaq. 

Diqqətlər, əsasən, Almaniya - Çili duelinə yönələcək. İki favoritin qarşıdurması gərgin mübarizə vəd edir.

Digər oyunda isə Kamerun və Avstraliya kollektivləri münasibətləri aydınlaşdıracaq.


22 iyun 2017
Konfederasiyalar Kuboku
2-ci tur

"B" qrupu

Kamerun – Avstraliya - 1:1
QOLLAR: 
Andre-Frank, 45+1 (1:0); Mark Milliqan, 60/p. (1:1)

Almaniya – Çili - 1:1
QOLLAR:
Sançez, 6 (0:1); Lars Ştindl, 41 (1:1)

Standings provided by Sofascore LiveScore