Almeyda oynadı, "Astana" qələbə qazandı

Azərbaycan millisinin üzvü Riçard Almeydanın şərəfini qoruduğu "Astana" UEFA Avropa Liqasında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib "Yablonets" kollektivi olub.

Görüş "Astana"nın qələbəsi ilə yekunlaşıb - 2:1.

Qazaxıstan çempionunun heyətində Pedro Enrike və Evgeni Postnikov fərqlənib. 

Qeyd edək ki, 4 oyundan sonra hesabında 8 xal olan "Astana" "K" qrupunun lideridir.