Almeyda "Qarabağ"a qoşuldu

“Qarabağ” Avstriyada təlim-məşq toplanışını davam etdirir.

SportLine.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, bu gün daha bir futbolçu - Riçard Almeyda  komandaya qoşulub.

Milli komandamızın DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiya ilə oyunundan sonra Braziliyaya gedən yarımmüdafiəçi bu səbəbdən toplanışa bir qədər gec yollanıb.