Amil Yunanov paytaxt klubunda
Milli komandamızın hücumçusu Amil Yunanov karyerasını "Keşlə"də davam etdirəcək.
Sportline.az xəbər verir ki, paytaxt klubu "Sumqayıt"dan ayrılan futbolçunu heyətə cəlb edib. Yunanovla bir illik müqavilə imzalanıb.
Qeyd edək ki, hücumçu ötən mövsüm Topaz Premyer Liqada keçirdiyi oyunlarda, rəqib qapılarına 10 qol vurub.