“Anji”nin qapıçısı “Sumqayıt”da

“Sumqayıt” heyətini daha bir futbolçu ilə gücləndirib. SportLine.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “gənclik şəhəri” təmsilçisi “Anji”dən qapıçı alıb.

Belə ki, Mahaçqala təmsilçisinin qolkiperi Mehti Cənətov “kimyaçılar”la anlaşıb. Razılığa görə, 25 yaşlı oyunçu yeni komandası ilə 1,5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Mehti Cənətov Azərbaycanın U-21 millisinin şərəfini qoruyub.