Aqolli daha bir il "Qarabağ"da

"Qarabağ" klubu Ansi Aqolli ilə müqavilə müddətini uzadıb.

SportLine.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, albaniyalı müdafiəçi ilə 2019-cu ilin iyununadək anlaşma əldə olunub. 36 yaşlı oyunçu artıq bu gündən komanda ilə məşqlərə qoşulub.

Qeyd edək ki, Ansi Aqolli "Qarabağ"da 2010-cu ilin iyulundan çıxış edir.