"Araz" 100-ü keçdi

Yüksək Liqada növbəti qələbəsini qazanan “Araz” yubiley qoluna da imza atıb. SportLine.az saytı Azərbaycan Futzal Federasiyasının feysbuk səhifəsinə istinadən xəbər verir ki, son çempion cari mövsümdəki 100-cü qolunu vurub.

XIX turun son matçında “Marafon Futsal”la qarşılaşan lider buna qədər rəqib qapılarına 95 dəfə yol tapmışdı.

Xətai Bağırovun 30-cu dəqiqədə vurduğu qol “Araz”ın 100-cü qolu olub.