"Araz" 13 qolla qələbə qazandı

Futzal üzrə Yüksək Liqada III turun oyunları keçirilib. 

SportLine.az Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, açılış oyununda son çempion "Araz”la debütant "Yasamal” İSK qarşılaşıb. Oyun təcrübəli "Araz”ın böyükhesablı qələbəsi ilə başa çatıb.

"Neftçi” İK ardıcıl üçüncü qələbəsinə "Liman"la qarşılaşmada imza atıb. Bununla da paytaxt təmsilçisi zirvədəki mövqeyini qoruyub. 

"Xəzər Cənub" - EKOL matçı isə daha gərgin keçib. EKOL fasiləyə hesabda üstün yollansa da, ikinci hissənin gedişində rəqibin tarazlıq yaratmasına mane ola bilməyib. Amma sona 2 dəqiqə qalmış EKOL qələbə topunu vurub.

Yüksək Liqa, III tur

26 sentyabr

"Yasamal" İSK – "Araz" - 1:13 (0:5)
Qollar: V. Cəfərov, 30:07 // İ. Atayev, 0:22, 2:04, 14:54, O. Rüstəmli, 3:42, 26:41, E. Mikayılov, 16:47, 24:24, A. İsmayılov, 20:32, 34:32 (6 m), 38:45, K. Manafov, 22:18, N. İsmayılov, 37:17, A. Həbibov, 39:20

"Liman" – "Neftçi" İK - 2:5 (1:2) 
Qollar: A. Qarani, 19:51, H. Fathizade, 37:23 // S. Mohammad Musəvi, 06:25 (a/q), V. Xocayev, 17:43, R. Balakişiyev, 23:25, H. Abdollahi, 24:44, Ə. Əjdərov, 39:57 

"Xəzər Cənub" - EKOL - 3:4 (1:2)
Qollar: H. Rezvan, 15:55, A.Mikaili, 27:01, 30:06 // Ə. Abasov, 06:47, N. Məmmədkərimov, 10:43, F. Atakişiyev, 22:01, S. Məstiyev, 37:09