Araz Abdullayev I Divizionda fərqləndi

I Divizionda 13-cü tur yekunlaşıb. SportLine.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə keçirilib.

"Qarabağ"ın əsas heyət oyunçularından bəziləri əvəzedici heyətdə meydana çıxıblar. Araz Abdullayev, Rahil Məmmədov, Abbas Hüseynov, Ansi Aqolli, Hacıağa Hacılı və Coşqun Diniyev oyunun praktikasının azlığından əziyyət çəkdiyi üçün "Qarabağ-2"nin heyətində "Sabah-2" komandasına qarşı mübarizə aparıb. 

A.Abdullayev bu görüşdə qolla yadda qalıb. O, matçda hesabı açıb.

Nəticələrə gəlincə,

"Şüvəlan" - "Keşlə-2" - 0:1
Qol:
 Qədir Bayramlı, 53

"Sumqayıt-2" - "Zirə-2" - 4:0
Qollar:
 Elvin Dəmirov, 15 (1:0), Fərid Kərimzadə, 32 (2:0), Murad Xaçayev, 40 (3:0), Məhəmməd Alıyev, 75 (4:0)

"Səbail-2" - "Turan Tovuz" - 4:1
Qollar:
 Rubin Seyidov, 15 (1:0), Əli Bağırov, 55 (1:1), Əsədulla Heydərov, 60 (2:1), Nazim Kərimli, 82 (3:1), Xəyal Bədirov, 90 (4:1)

"Ağsu" - "Kəpəz" - 0:0
Qırmızı vərəqə:
 Ruslan Süleymanov ("Kəpəz"), 83

"Qarabağ-2" - "Sabah-2" - 2:0
Qollar:
 Araz Abdullayev, 52, Eldost Qiyasbəyli, 90+4-avtoqol (2:0)
Qırmızı vərəqə: Əli Səmədov ("Sabah"-2), 43

MOİK - "Qaradağ Lökbatan" - 1:2
Qollar:
 Aqşin Muxtaroğlu, 8 (0:1), 45+2 (0:2), Məmməd Məmmədov, 56 (1:2)

"Neftçi-2" - "Zaqatala" - 2:3
Qollar:
 Roini İsmayılov, 9 (0:1), Hüseyn Hüseynzadə, 26 (1:1), Elçin Hafizli, 40 (2:1), Cavad Kazımov, 56 (2:2), 90+4 (2:3)
Qırmızı vərəqə: Nihad Qurbanlı ("Neftçi-2"), 66