Araz Abdullayev "Qarabağ"da

"Qarabağ” transfer pəncərəsinin son günündə növbəti transferini reallaşdırıb. SportLine.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi Azərbaycan millisinin üzvü Araz Abdullayevi heyətinə qatıb.

Müqavilə ilə Yunanıstanın “Panionios” klubuna məxsus olan A.Abdullayev növbəti iki mövsümdə icarə əsasında "köhlən atlar"ın şərəfini qoruyacaq.

26 yaşlı vinqer son mövsümü Kiprin “Anortosis” klubunda keçirib və meydana çıxdığı 30 oyunda 3 qolla yadda qalıb.