"Araz" Çempionlar Liqasına məğlubiyyətlə başladı

Futzal üzrə Azərbaycan çempionu "Araz" bu gün UEFA Çempionlar Liqasında mübarizəyə başlayacaq.

SportLine.az xəbər verir ki, Slovakiyada təşkil olunacaq ilkin mərhələdə Naxçıvan təmsilçisinin birinci rəqibi Litvanın “Vitis” klubu olacaq.

Matçın start fiti Bakı vaxtı ilə saat 17:30-da səslənəcək. 


03 oktyabr 2018
Futzal, Çempionlar Liqası
8-ci qrup, 1-ci tur

"Araz" - "Vitis" (Litva) - 0:1

Hakimlər:
İvan Şabanov (Rusiya), Sven Ayxler (Almaniya), Devid Şerli (İsveçrə)
"Sportova hala Arena"