"Araz" heç-heçə ilə başladı

Yüksək Liqada 2018/2019-cu il mövsümünə start verilib.

Sportnet.az xəbər verir ki, Bakı İdman Sarayında keçirilən birinci turun oyunlarında maraqlı nəticələr qeydə alınıb. 

Açılış matçında "Neftçi” debütant "Xəzər Cənub”la qarşılaşıb. Gərgin keçən oyunda qələbəni "Neftçi” aktivinə yazdırıb. 

Günün ikinci oyununda son çempion "Araz”la "Yasamal” üz-üzə gəlib. Oyunun əksər hissəsində hesabda öndə olan "Araz” bu üstünlüyünü sona qədər qoruya bilməyib və Joze Alesio da Silvanın komandası mövsümə xal itkisi ilə start verib. 

Tura iki debütantın dueli ilə yekun vurulub. Əsasən İrandan cəlb edilən legionerlərdən ibarət "Liman” mövsümün ilk böyükhesablı qələbəsini qazanıb.  

Yüksək Liqa, I tur

Xəzər Cənub – Neftçi İK (2:3) 6:8 

Qollar: Ş. Şahnazian, 11:38, O. Nabat, 19:22, H. Rezvan, 33:27, M. Pənahande, 38:39, 39:07, 39:34 // M. Katebi, 6:20, H. Povrjavid, 10:46, H. Abdollahi, 16:27,34:14 R. Fərəczadə, 22:55, V. Xocayev, 35:49, 37:50, V. Borisov, 38:07

Yasamal FK - Araz (1:2) 4:4 

Qollar: S. Amani, 19:57, O. Orazi, 32:32, S. Jamali, 33:38, S. Cavid, 36:03 // R. Çovdarov, 1:59, E. Mikayılov, 8:38, K. Manafov, 23:02, İ. Atayev, 31:29

Yasamal İSK - Liman (0:3) 3:12 

Qollar: N. Mahmudov, 27:15, 37:30, M. Eyniyev, 33:10 // S. M. Musevi (nöm. 11), 0:40, H. Fatihzadeh, 6:00, 24:49, 25:12, 25:20, V. Seydi, 17:59, 26:06, 37:02, S.M. Musevi (nöm. 8) 23:36, 32:19, 35:02, A. Qarani, 38:47