"Araz" mübarizəyə Litva çempionu ilə oyunla başlayacaq

Azərbaycan çempionu "Araz”ın futzal üzrə Çempionlar Liqasının əsas mərhələsində oyunlarının vaxtı açıqlanıb. 

Sportline.az xəbər verir ki, komandamız mübarizəyə Litvanın "Vytis” komandasına qarşı matçla start verəcək. Bu oyun oktyabrın 3-də keçiriləcək. "Araz” ertəsi gün Malta təmsilçisi "Valletta” ilə gücünü sınayacaq. Qrupun son oyunu oktyabrın 6-da keçiriləcək. Azərbaycan komandası Sloveniyanın "Luçenec” kollektivi ilə  üz-üzə gələcək.

3 oktyabr

17:30. "Araz” (Azərbaycan) – "Vytis” (Litva)

4 oktyabr

17:30. "Valletta” (Malta) – "Araz” (Azərbaycan)

6 oktyabr

20:00. "Araz” (Azərbaycan) – "Luçenec” (Slovakiya)

Qeyd edək ki, VIII qrupun oyunları Slovakiyada "Sportova hala Arena”da keçiriləcək. Matçların başlama saatı Bakı vaxtı ilə göstərilib və canlı yayımla əlaqədar dəyişdirilə bilər.