"Araz" və "Neftçi" qələbə qazandı

Bu gün Futzal üzrə Azərbaycan Yüksək Liqasında VIII turun oyunları keçirilib. 

SportLine.az xəbər verir ki, turun ilk oyununda son çempion "Araz" "Yasamal"ı məğlub edib - 9:6. bu komandalar arasında I dörvədə baş tutan oyunda heç-heçə qeydə alınıb. 

CBC Sportla canlı yayımlanan matçda isə "Neftçi” "Xəzər Cənub" kollektivini 4:2 hesabı ilə üstələyib.. Turun son matçında autsayderlər qarşılaşıb. "Yasamal” İSK ilk dəfə fasiləyə qalib yollansa da, üstünlüyünü ikinci hissədə əldən verərək uduzub 5:7.

Araz – Yasamal FK 9:6 (5:2) 

Neftçi İK – Xəzər Cənub 4:2 (2:0) 

Liman – Yasamal İSK  7:5 (3:4)