"Araz"ın Çempionlar Liqasındakı rəqibləri müəyyənləşdi

Azərbaycanı futzal üzrə Çempionlar Liqasında təmsil edəcək "Araz"ın rəqibləri bəlli olub.

SportLine.az UEFA-nın saytına istinadən xəbər verir ki, Naxçıvan təmsilçisi 8-ci qrupda “Luçenec” (Slovakiya), “Vytis” (Litva) və “Valletta” (Malta) komandaları ilə mübarizə aparacaq.

Qeyd edək ki, oyunlar oktyabrın 2-dən 7-dək Slovakiyada keçiriləcək.