"Araz"ın Çempionlar Liqasındakı rəqibləri bəlli oldu

Futzal üzrə UEFA Çempionlar Liqasının püşkü atılıb. SportLine.az xəbər verir ki, yarışda Azərbaycanı təmsil edəcək "Araz" klubunun da rəqibləri bəlli olub.

Təmsilçimizin rəqibləri “Luçenek” (Slovakiya), həmçinin ilkin raundun E və F qruplarının qalibləri olacaq. E qrupunda “Veles” (Makedoniya), “Futsamba Naas” (İrlandiya), “Valletta” (Malta), “Kosmos Tallinn” (Estoniya), F qrupunda isə “Hovokubo” (Hollandiya), “Ridinq” (İngiltərə), “Murata” (San Marino), “Vitis” (Litva) çıxış edəcək.

Joze Alesionun yetirmələrinin yer aldığı qrupun matçları Slovakiyada keçiriləcək. Elit-raunda yeganə vəsiqə uğrunda oyunlar oktyabrın 2-7-də keçiriləcək.


Futzal üzrə UEFA Çempionlar Liqasında Azərbaycanı təmsil edəcək "Araz"ın rəqibləri bu gün bəlli olacaq. SportLine.az xəbər verir ki, yarışın püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:15-də başlanacaq.

Əsas mərhələdən mübarizəyə qoşulacaq "Araz" 8-ci səbətdə yer alıb:

Əsas mərhələ
"B" yolu, 8-ci səbət

“Peskara” (İtaliya)
“Araz” (Azərbaycan)
“Aktobe” (Qazaxıstan)

Əsas mərhələnin oyunları 2-7 oktyabr tarixlərində keçiriləcək.

Qeyd edək ki, UEFA futzal üzrə Çempionlar Liqasını ilk dəfə təşkil edir.