Arda gedir, Koutinyo gəlir

Yay transfer pəncərəsində Filipe Koutinyonu heyətinə qata bilməyən "Barselona" arzusuna yanvar ayında çatacaq. SportLine.az xəbər verir ki, bu barədə goal.com saytı məlumat yayıb.

Mövsümün əvvəlində "Liverpul"u razı sala bilməyən Kataloniya klubunun danışıqları müsbət nəticə verib və braziliyalı futbolçu qış transfer pəncərəsində İspaniyaya köçəcək. Təzminat məbləği açıqlanmasa da, bunun 130 milyon avrodan çox olacağı gözlənilir. 

Əvəzində Arda Turan və Pako Alkaser komandanı tərk edəcək. "Barsa" hər iki futbolçunu satmağa hazır olduğunu bildirib. Andre Qomeşin taleyinə isə qışda aydınlıq gələcək. Baş məşqçi Ernesto Valverde portuqaliyalının xidmətində maraqlı olsa da, yarımmüdafiəçinin qeyri-sabit çıxışı onun komandadan ayrılması ilə nəticələnə bilər.

Qeyd edək ki, Neymarın gedişindən sonra zəifləyən hücum xəttini Usman Dembele ilə gücləndirən "Barselona", hələ də boşluqları tam doldura bilməyib.