Arda Turan Çin çempionatında

Son günlər transfer bazarında "fironluq edən" Çin klubları Arda Turanın da "saqqızını oğurlayıblar". Sportline.az xəbər verir ki, türkiyəli futbolçu karyerasını sözügedən ölkənin çempionatında davam etdirməyə yaxındır. Ardanın "Şanxay Şenxua" klubuna keçidinin razılaşdırıldığı bildirilir. "Barselona"nın hücumçusu fikrindən daşınmasa ilinə 20 milyon avro qazanacaq.