Argentina millisinin yeni baş məşqçisi müəyyənləşdi

Argentina millisinin yeni baş məşqçisi ictimaiyyətə təqdim olunub. SportLine.az xəbər verir ki, "Sevilya"nın çalışdırıcısı Xorxe Sampaoli bundan sonra Cənubi Amerika təmsilçisini çalışdıracaq. 

57 yaşlı mütəxəssisin "Sevilya"dan ayrılacağı və iyunun 1-dən Argentina millisində işləyəcəyi bildirilib.

Qeyd edək ki, X.Sampaoli bu vəzifədə istefaya göndərilən Edqardo Bauzanı əvəzləyəcək.