"Arsenal" Bakıya onlarsız gəlir

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın növbəti rəqibi  - “Arsenal”, Bakı səfərində  6 oyunçusunun xidmətindən məhrum olacaq. Sportline.az xəbər verir ki, yarımmüdafiəçi Henrix Mxitaryan və qapıçı Petr Çexlə yanaşı, daha 4 futbolçunun adı iştirak ərizəsinə salınmayacaq. Daha çox diqqətçəkən isə, müdafiəçi Loren Koşelnidir. Zədəli futbolçunun gələn ay sıraya dönəcəyi bildirilir. 

Onunla yanaşı müdafiəçi Konstantinos Mavropanos, yarımmüdafiəçi Eynsli Mitland-Nilz və hücumçu Emil Smit Roue da zədə üzündən sabahkı matçı kənardan izləyəcək. 

Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Arsenal” matçı 20:55-də başlanacaq.