"Arsenal" - "Qarabağ" matçının biletləri satışda

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin son turunda qarşılaşacağı "Arsenal"la matçının biletləri satışa çıxarılıb.

SportLine.az-ın Ağdam klubunun rəsmi "Feysbuk" səhifəsinə istinadən yaydığı xəbərə görə, biletləri iticket.az saytından onlayn olaraq və ya "iticket"in baş ofisindən (AF Mall, 14-cü mərtəbə, ofis 36) əldə etmək mümkündür. Biletlərin qiymətləri 39-56 manat arasındadır.