"Arsenal" və "Çelsi" almaniyalı mütəxəssisə elçi düşdü

"Hoffenhaym" klubunun baş məşqçisi Yulian Naqelsman İngiltərə klublarının maraq dairəsindədir. SportLine.az "Star"a istinadən xəbər verir ki, "Arsenal" və "Çelsi" mütəxəssisi komandada görmək istəyir.

Mövsümün sonunda Arsen Vengerlə vidalaşacaq "topçular" yaxın günlərdə Y.Naqelsmanla danışıqlara başlamaq niyyətindədirlər. Antonio Konte ilə yolları ayırmağı planlaşdıran "zadəganlar"ın da almaniyalı mütəxəssisin razılığını cari mövsümün sonunadək almaq istədiyi bildirilir.

Qeyd edək ki, 30 yaşlı mütəxəssis 2016-cı ildən "Hoffenhaym"ın əsas komandasını çalışdırır.