"Arsenal" və "Tottenhem" onun üçün mübarizə aparır

PSJ-nin futbolçusu Lukas Moura "Arsenal" və "Tottenhem"in hədəfindədir. SportLine.az xəbər verir ki, hər iki komanda qış transfer pəncərəsində futbolçunun keçidini həll etməyi düşünür.

"Daily Express"in məlumatına görə, Paris klubu futbolçunu 35 milyon funt-sterlinq müqabilində satmağa hazırdır.

Qeyd edək ki, L.Moura cari mövsüm cəmi 72 dəqiqə meydanda olub.