"Arsenal"ın baş məşqçisi kim olacaq?

Arsen Vengerin istefa qərarından sonra "Arsenal"a kimin rəhbərlik edəcəyi gündəmdədir. SportLine.az xəbər verir ki, İngiltərə mətbuatı bu posta bir neçə namizəd təqdim edib.

"Mail" yazır ki, "Barselona"nın sabiq çalışdırıcısı Luis Enrike Londonda işləməyə hazırdır. Klub rəhbərliyi də ispaniyalı mütəxəssisi komandaya gətirmək niyyətindədir.

"Mirror" isə Almaniya millisinin çalışdırıcısı Yoahim Löv və "Yuventus"un baş məşqçisi Maksimiliano Alleqrinin "topçular"ın gündəmində olduğunu bildirib. Məlumata görə, rəhbərlik Y.Lövü baş məşqçi vəzifəsində görmək istəyir. Danışıqlar bəhrə verməsə, klubun idarə heyəti M.Alleqrini razı salmağa çalışacaq. 

Daha bir versiyada isə "Monako"nun baş məşqçisi Leonardo Jardim, və ya "Seltik"in çalışdırıcısı Brendan Rocersin komandaya gətiriləcəyi deyilir.

Karlo Ançelottinin də adının "Arsenal"ın siyahısında olduğu söylənilir.

Qeyd edək ki, A.Venger 1996-cı ildən "topçular"ın uğurları üçün çalışırdı. Ötən gün isə, o, mövsümün axırında vəzifəsindən gedəcəyini elan edib.