"Arsenal"ın futbolçusu PSJ-nin hədəfində

"Arsenal"ın futbolçusu Cek Uilşir karyerasını PSJ-də davam etdirə bilər. SportLine.az xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb. 

Xəbərə görə, Fransa təmsilçisi 26 yaşlı yarımmüdafiəçi ilə Dünya çempionatına qədər razılıq əldə etmək niyyətindədir. 

Qeyd edək ki, C.Uilşirin "topçular"la müqaviləsi bitib. Azad agent statusu alan futbolçunun da Parisə köçmək istədiyi deyilir.