"Arsenal"ın futbolçusu "Yuventus"a keçir
"Yuventus" "Arsenal"ın müdafiəçisi Hektor Bellerini transfer etmək niyyətindədir.
SportLine.az "Guardina"a istinadən xəbər verir ki, 22 yaşlı futbolçunun cari mövsümün sonunda İtaliyaya köçəcəyi gözlənilir. İspaniyalı müdafiəçiyə yaxın günlərdə rəsmi təklif ünvanlanacağı bildirilir.
Qeyd edək ki, H.Bellerin "Barselona" klubunun yetirməsidir.