"Atletiko" və "Marsel" finalda

Bu gün UEFA Avropa Liqasında finalçılar müəyyənləşəcək.

SportLine.az xəbər verir ki, azarkeşlərin diqqəti, əsasən, Madridə yönələcək. "Vanda Metropolitano"da "Atletiko" "Arsenal"ı qəbul edəcək. İlk görüşdə qollu heç-heçəyə nail olan İspaniya klubu finala daha yaxın görünür. Vəzifənin öhdəsindən gəlmək üçün "Atetiko"ya 0:0 hesabı da bəs edir. "Topçular" isə rəqib qapısına, ən azı, bir dəfə yol tapmalıdırlar. 

Digər görüşdə "Marsel" "Zalsburq"la görüşdə ümumi hesabdakı üstünlüyü qorumağa çalışacaq.

Hər iki görüş Bakı vaxtı ilə saat 23:05-də başlanacaq.


03 may 2018
Avropa Liqası
Yarımfinaı (cavab oyunları)

"Atletiko” (Madrid, İspaniya) – "Arsenal” (İngiltərə) - 1:0
QOL: Diyeqo Kosta, 45+3 (1:0)
İlk oyun - 1:1
Baş hakim: Canluka Rokki (İtaliya)

"Zaltsburq” (Avstriya) – "Marsel” (Fransa) - 2:1 (ƏLAVƏ VAXTDA)
QOLLAR: Haidara, 53 (1:0); Buna Sarr, 65/a.q. (2:0); Rolando, 116 (2:1)
İlk oyun - 0:2
Baş hakim: Sergey Karasyov (Rusiya)