"Atletiko"nun prezidenti Qrizmannın transferi barədə danışdı

Madrid "Atletiko"sunun fransalı hücumçusu Antuan Qrizmann yenə transfer gündəmindədir. SportLine.az "Daily Mirror"a istinadən xəbər verir ki, bu dəfə klub prezidenti Enrike Sereso futbolçu barədə açıqlama verib.

Onun sözlərinə görə, A.Qrizmannın başqa kluba keçidi mümkündür: "Hər gün mətbuatdan Qrizmannın başqa kluba keçidi ilə bağlı onlarla xəbər oxuyuram. İndi də onun adı "Mançester Yunayted"lə hallanır. Bir məsələyə aydınlıq gətirim ki, hansısa klub futbolçunu transfer etmək istəsə, ilk növbədə 85 milyon funt sterlinq ödəməlidir. Hələ ki, heç bir klub bizə bu təklifi etməyib".

Qeyd edək ki, "Mançester Yunayted"lə yanaşı, ingiltərənin daha bir neçə klubu 26 yaşlı futbolçunun xidmətində maraqlıdır.