"Avro-2017": Azərbaycan, Rusiya və İtaliya qələbə ilə başladı

Bu gün qadın voleybolçular arasında Avropa çempionatı başlayacaq. SportLine.az xəbər verir ki, Bakı, Göygöl və Tiflisdə keçiriləcək qitə birinciliyi 10 gün davam edəcək.

"A" qrupunda mübarizə aparan voleybolçu qadınlarımız ilk oyunda Macarıstan seçməsi ilə üz-üzə gələcəklər.

AVROPA ÇEMPİONATININ TƏQVİMİ

Qrupun digər matçında Polşa Almaniya ilə münasibətləri aydınlaşdıracaq. 

Qeyd edək ki, yarışda 16 komanda qalib adı uğrunda yarışır.


22 sentyabr 2017
VOLEYBOL, "Avro-2017"
"A" qrupu, 1-ci tur

Macarıstan - Azərbaycan - 0:3 (23:25; 14:25; 16:25)

Polşa – Almaniya - 3:2 (23:25; 25:15; 18:25; 25:23; 15:5)

"B" qrupu

İtaliya – Gürcüstan - 3:0 (25:14; 25:12; 25:12)

Belarus – Xorvatiya - 3:2 (10:25; 15:25; 25:21; 25:20; 15:9)

"C" qrupu

Ukrayna – Rusiya - 2:3 (18:25, 25:20, 23:25; 25:23; 13:15)

"D" qrupu

Serbiya - Çexiya - 3:0 (25:22; 25:16; 25:23)

Hollandiya – Belçika - 3:1 (23:25; 25:12; 25:21; 25:14)