"Avro-2017": Serbiya çempion, millimiz 4-cü oldu

Bu gün qadın voleybolçuların Avropa çempionatı yekunlaşacaq. SportLine.az xəbər verir ki, son oyun günündə mükafatçıların kimliyinə aydınlıq gələcək.

Ötən gün Hollandiya ilə görüşdə məğlub olan Azərbaycan seçməsi bürünc medal uğrunda Türkiyə ilə mübarizə aparacaq. Serbiya voleybolçularına uduzan "ay-ulduzlular" da "üçüncülük"lə təsəlli tapmaq niyyətindədirlər.

Həlledici matçda isə Hollandiya və Serbiya kollektivləri münasibətləri aydınlaşdıracaq:


01 oktyabr 2017
VOLEYBOL, Avro-2017
3-cü yer uğrunda görüş

Azərbaycan - Türkiyə - 1:3 (25:22; 21:25; 14:25; 8:25)

FİNAL

Hollandiya - Serbiya - 1:3 (20:25; 22:25; 25:18; 18:25)