Avro-2018: Portuqaliya çempion, Rusiya 3-cü oldu

Sloveniyanın paytaxtı Lyublyanada keçirilən futzal üzrə Avropa Çempionatına yekun vurulub. SportLine.az xəbər verir ki, son oyun günündə mükafatlar sahibini tapıb.

Həlledici görüşdə Portuqaliya İspaniya ilə üz-üzə gəlib. Pireney derbisində Portuqaliya seçməsi qələbə qazanıb.

3-cü yer uğrunda görüşdə isə Rusiya Qazaxıstandan güclü olub.

10 fevral 2018
Futzal, Avropa Çempionatı

FİNAL

Portuqaliya - İspaniya - 2:2
ƏLAVƏ VAXT: 1:0 

3-cü yer uğrunda görüş

Rusiya - Qazaxıstan - 1:0