Avroliqada çıxış edəcək 16 komanda müəyyənləşdi

Basketbol üzrə Avroliqa yarışında 2018/2019-cu il mövsümündə çıxış edəcək 16 komanda bəlli olub. SportLine.az xəbər verir ki, Almaniya çempionatında qələbə qazanan "Bavariya" sonuncu vəsiqəni qazanıb.

Beləliklə, növbəti mövsüm qitənin ən nüfuzlu klub basketbol turnirində bu komandalar mübarizə aparacaq:

TÜRKİYƏ: "Anadolu Efes", "Fənərbağça", "Darüşşafaka"
İSPANİYA: "Barselona", "Baskoniya", "Real" (Madrid), "Qran Kanariya"
YUNANISTAN: "Olimpiakos", "Panatinaikos"
RUSİYA: MOİK (Moskva), "Ximki" (Moskva)
İSRAİL: "Makkabi" (Təl-Əviv)
MONTENEQRO: "Buduçnost"
LİTVA: "Jalqiris" 
İTALİYA: "Olimpiya" (Milan)
ALMANİYA: "Bavariya"